Lənkəranda 20 yaşlı gənc yol qəzasında agır yaralandı

09:40 06-06-2021 317

Lənkəran şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Lənkəran şəhərində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Kazımzadə Tamerlan Camal oğlu xəsarət alıb. Yaralı əvvəlcə Lənkəran Şəhər Xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.