Bu gün Azərbaycan Qran-prisinin qalibi müəyyənləşəcək

10:00 06-06-2021 415

Bu gün “Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşəcək.

Yarışın sonuncu günündə ilk olaraq “Formula 2” pilotları mübarizə aparacaq.

Ardınca isə əsas mərhələ start götürəcək.Saat 14:10-da "Formula 1"də pilotların paradı başlayacaq, ardınca açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış start götürəcək və yekunda qalib müəyyənləşəcək.

Azərbaycan Qran-prisi

6 iyun

“Formula-2”

Saat 12:45-13:50 - Əsas yarış

“Formula-1”

Saat 14:10-14:50 – Pilotların təqdimatı

Saat 15:44-15:46 – Dövlət Himni mərasimi

Saat 16:00-18:00. Əsas yarış

Qeyd edək ki, ilk 5 mərhələdən sonra “Red Bull”un sürücüsü Maks Ferstappen 105 xalla birinci, “Mercedes”dən Luis Hamilton 101 xalla ikinci pillədə qərarlaşıb. İlk “3-lüy”ü 56 xalla “McLaren”in pilotu Lando Norris qapayır.

Komanda hesabında da “Red Bull” 149 xalla bütün rəqiblərini qabaqlayıb. "Mercedes" 148 xalla ikinci, “McLaren” 80 xala üçüncü sırada yer alıb.