Köçəryan Afrikadakı ov üçün 100 min dollaradək pul xərcləyib – FOTO

15:00 06-06-2021 20

Sosial şəbəkələrdə Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın Tanzaniyadakı safari turundan görüntülər yayılıb.

Bununla yanaşı, onun oğlu Sedrakla birlikdə 2009-cu ildə Afrikadakı ov macəraları üçün nə qədər xərclədiyi üzə çıxıb.

Bu azmış kimi, məlum olub ki, qeyd olunan fakt Köçəryanın yeganə ekzotik heyvan ovu olmayıb.

“Şir ovu üçün 22-50 min, leopard üçün azı 22 min, vəhşi öküzə görə 10-20 min, zebra üçün 7-10 min, Qnu antilopu ovlamaq üçünsə isə 3-5 min dollar arasında ödəniş etmək lazımdır. Gecələmək, silah və digər xərcləri də nəzərə alsaq, Köçəryanın ov üçün 80-100 min dollar xərclədiyi məlum olur”, - deyə paylaşımın müəllifi olan İrəvan sakini qeyd edir.

“Bu oliqarxların istirahətidir. O, Ermənistana gəlib prezident olanda yalnız cırıq sviter və cırıq şalvarı var idi. Bəs bu pullar onda hardandır? Və siz demək istəyirsiniz ki, o, bizim ölkəmizi soymayıb?”, -deyə sosial şəbəkə seqmentinin erməni istifadəçiləri soruşurlar.