Qəbələdə avtomobillər qoyun sürüsünə girib, heyvanlar tələf olub - FOTO

17:40 06-06-2021 358

Qəbələ rayonunda ağır yol-nəqliyyat hadisəs baş verib.

“Report” xəbər verir ki, hadisə Qəbələ-Ağdaş yolunun 18-ci km-də, rayonun Qaradeyin kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ – 2107” markalı avtomobilin sürücüsü Məhəmməd Mehdizadə Ağdaş rayonu istiqamətində hərəkətdə olarkən yola çıxmış qoyun sürüsünə çırpılıb. Daha sonra sürücü idarəetməni itirərək avtomobilini yol kənarına aşırıb.

Bundan başqa eyni istiqamətdə hərəkətdə olan, Qurbanov Aydının idarə etdiyi “Mersedes” markalı avtomobil də həmin qoyun sürüsünü vurub.

Nəticədə Qaradeyin kənd sakini Hüseynov Knyaza məxsus 10 baş xırdabuynuzlu heyvan tələf olub. Faktlarla bağlı araşdırma aparılır.