Azərbaycan Qran Prisində məcburi fasilə: Qırmızı bayraqla dayandırılan yarış bərpa edildi - YENİLƏNİB+FOTO

18:20 06-06-2021 390

Formula 1 üzrə Azərbaycan Qran Prisində məcburi fasilə yaranıb.

HerGun.Az xəbər verir ki, buna səbəb “Red Bull”un pilotu Maks Verstapenin qəza etməsidir.

Belə ki, Verstapenin qəzasından sonra yarış qırmızı bayraqlarla dayandırılıb və təxminən 30 dəqiqəlik fasilədən sonra yenidən başlanıb.

Son üç dövrədən sonra Azərbaycan qran-prisinin qalibi müəyyənləşəcək.

17:43

Formula 1 üzrə Azərbaycan Qran Prisinin lideri olan “Red Bull”un pilotu Maks Verstapen gözlənilmədən qəza edib.

HerGun.Az-ın xəbərinə görə, o, 47-ci dövrədə bolidində yaranan problem üzündən sükanın idarəetməsini itirib və sağ təkərinin maneəyə toxunması səbəbindən yarışdan kənarda qalıb.

Qeyd edək ki, bu, yarışla erkən vidalaşan üçüncü pilotdur.

Səbuhi Musayev