Yeddiqat dünya çempionu: “Bakı yarışı mənim üçün rəzil bir təcrübə oldu”

21:00 06-06-2021 432

“Bu gün rəzil bir təcrübə oldu”.

HerGun.Az xəbər verir ki, bunu Formula 1 üzrə yeddiqat dünya çempionu Luis Hamilton deyib.

“Mercedes” komandasının britaniyalı pilotu podiuma çıxmağa yaxın olsa da, yarışın bitməsinə iki dövrə qalmış bu şansı əldən verib.

O, bunu əyləclərin sönməsi və döngədə səhv istiqamət alması ilə əlaqələndirib:

“Bakıda qarışıq bir həftədən sonra özümüzü ilk “10-luğ”a qaytarmaq üçün çalışdıq. Bunun üçün bu gün hər şeyi etdik və kiçik bir səhv əyləclərin sönməsinə səbəb oldu. Komandama görə təəssüflənirəm. Növbəti yarışa daha güclü qayıdacağıq”.

Səbuhi Musayev