PKK-nın məsul şəxslərindən biri zərərsizləşdirilib – FOTO

22:00 06-06-2021 404

Türkiyə kəşfiyyatının (MİT) keçirdiyi əməliyyat nəticəsində PKK-nın məsul şəxslərindən biri sayılan Salman Bozkır zərərsizləşdirilib.

Bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “Twitter” səhifəsində yazıb.

“Buradan millətimizə gözəl bir xəbər vermək istəyirəm. PKK terror təşkilatının üst səviyyəli idarəçilərindən olan və Mahmur bölgəsi üzrə məsul şəxsi, “Doktor Hüseyn” şərti adıyla tanınan Salman Bozkır Milli Kəşfiyyat Təşkilatımızın qəhrəmanları tərəfindən zərərsizləşdirilib”, - deyə dövlət başçısı qeyd edib.