Hakerlər İlon Maska qarşı müharibə elan etdilər

03:20 07-06-2021 20

“Anonymous” hakerlər qrupu tanınmış iş adamı İlon Maskı təhdid edib.

Bu barədə “Daily Mail” məlumat yayıb.

Hakerlər bəyan ediblər ki, Maskın xüsusilə də kriptovalyutalara dair bəyanatları sadə vətəndaşların hüquqlarını pozur. Onlar bildiriblər ki, milyarder öz nüfuzundan istifadə edərək, bazara təsir edir və bundan istədiyi kimi faydalanır.

Hakerlər öz mesajlarını qrupun “YouTube” kanalında yerləşdiriblər. Videoda Maskın şəbəkədəki əməlləri barədə danışılıb.

Sonda isə iş adamı qrup tərəfindən əks həmlələrlə hədələnib.