Merlin Monronun kitabları hərraca çıxarılacaq

06:00 07-06-2021 29

Merlin Monronun sevimli resept və pəhriz kitabları hərraca çıxarılacaq.

Bu barədə TMZ məlumat verib.

Nəşrin məlumatına görə, söhbət “Bostonun Fanni Fermer kulinar məktəbinin aşpaz kitabı” və “Kulinariyanın yeni sevincləri” kitablarından gedir. 1950-ci illərdə işıq üzü görən bu kitablar aktrisanın sevimli topluları olub.

Kitabın səhifələrində Monronun əllə yazılmış qeydləri var.

Nəşrlərdən hər birinin 50-70 min dollara yaxın dəyəri olduğu bildirilir.

Hərrac iyunun 22-də “Siegel Auction Galleries”də keçiriləcək.