“Netflix” azyaşlı qızlara illərlə təcavüz edən rusiyalı manyak barədəki filmi alacaq – FOTO

06:40 07-06-2021 373

“Netflix” videoservisi Kseniya Sobçakın “Skopin manyakı” kimi tanınan Viktor Moxov barəsindəki filmini alacaq.

Bu barədə Sobçak özünün “Instagram” səhifəsində məlumat verib.

Martın 22-də yayımlanmış film ölkədə böyük qalmaqal yaradıb.

Qeyd edək ki, V.Moxov 2000-ci ildə 14 yaşlı Yekaterina və 17 yaşlı Yelenanı qaçırıb. O, evinin qarajında xüsusi hazırlanmış bunkerdə təxminən dörd il ərzində qızlara təcavüz edib, işgəncə verib. Onun qurbanları bunkerdən yalnız 2004-cü ilin may ayında xilas ola biliblər.