ABŞ-da meşə yanğınlarına görə minlərlə insanın təxliyəsi üçün hazırlıq görülür

22:00 07-06-2021 362

ABŞ-ın Arizona ştatında tüğyan edən meşə yanğınları 24 min hektar ərazini əhatə edib.

Bu barədə CNN telekanalı məlumat yayıb.

Qeyd olunur ki, bir həftə ərzində ştat ərazisində iki nəhəng alov ocağı əmələ gəlib. Yanğın Finiks və Superior şəhərlərinə ciddi təhlükə törədir.

Hər iki şəhərin rəhbərliyi yerli sakinlərə təxliyə prosesinə hazır olmağa dair çağırış edib.

Hazırda Arizonada müşahidə olunan quru, küləkli hava şəraiti alovun qarşısını almağa maneə yaradır.