Dünyada koronavirusdan 1500-dən artıq jurnalist vəfat edib

23:40 07-06-2021 23

2020-ci ilin mart ayından bu yana 77 ölkədən 1500-dən çox jurnalist koronavirus səbəbiylə ölüb.

Bu barədə “Press Emblem Campaign” (PEC) xəbər verib.

Qeyd olunur ki, rekord say isə bu ilin may ayında qeydə alınıb - 200-dən çox media işçisi xəstəlikdən dünyasını dəyişib.

“Pandemiya daha çox Hindistan KİV-nə baha başa gəlib: 2020-ci ilin martından bəri bu ölkədə ən az 246 ölüm qeydə alınıb”, - deyə məlumatda bildirilir.

Sonrakı yerlərdə müvafiq olaraq Braziliya (239), Peru (163), Meksika (112) və Kolumbiya (65) gəlir.

Təşkilatın məlumatına görə, Azərbaycanda  pandemiyadan 1 media işçisi dünyasını dəyişib.