Ukrayna Türkiyədən yeni silah ala bilər – FOTO

00:00 08-06-2021 22

Türkiyənin “Aselsan” şirkəti Ukraynaya öz istehsalı olan yaxın məsafəli hava hücumundan müdafiə sistemlərini təklif etməyə hazırlaşır.

Bu barədə “Defense Express” məlumat yayıb.

Məlumata əsasən, söhbət NATO standartlarına uyğun olaraq hazırlanan 35 mm-lik özüyeriyən “Korkut” zenit komplekslərindən gedir.

İstehsalçı şirkət kompleksin müasir operativ və taktiki tələblərə cavab verdiyini bildirib. “Korkut” atış məsafəsi 4 km olan 35 mm-lik ikili lülə ilə təchiz olunub. Onun atış sürəti dəqiqədə 1100 atəşdir.

Bir çox digər üstünlüklərə malik silahın əldə olunmasına dair tərəflər arasındakı danışıqların gələn həftə Kiyevdə keçiriləcək hərbi sərgi çərçivəsində baş tutacağı bildirilib.