Rusiya XİN: “Beynəlxalq təşkilatların prosesə qoşulması yalnız Bakı və İrəvanın razılığı ilə mümküdür”

00:20 08-06-2021 460

İyunun 7-də Rusiya xarici işlər naziri Sergey Lavrovla Fransa və Almaniya XİN rəhbərləri Jan iv Lö Drian və Hayko Maas arasında telefon danışığı baş tutub.

Nazirlər Ermənistan-Azərbaycan sərhədi və Qarabağdakı vəziyyət, həmçinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il razılaşmalarının icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Söhbət zamanı atəşkəs rejiminə ciddi riayət olunması, eləcə də ortaya çıxan fikir ayrılıqlarının siyasi və diplomatik yolla həllinin vacibliyi vurğulanıb. Nazirlər ATƏT-in Minsk qrupunun Azərbaycan və Ermənistan arasında danışıqlar prosesindəki rolunu təsdiqləyiblər.

Rusiya tərəfindən qeyd olunub ki, beynəlxalq təşkilatların prosesə qoşulması yalnız Bakı və İrəvanın razılığı ilə mümkündür.