ABŞ-da qubernator vətəndaşlara səsləndi: “Yağış üçün dua edin”

01:00 08-06-2021 391

ABŞ-ın Yuta ştatında quraqlıq səbəbindən qubernator Spenser Kox xalqı yağış duasına çağırıb.

“TRT Haber” məlumat verir ki, bir müddətdir güclü quraqlığın baş verdiyi ştat üçün qubernator videomüraciət edib:

“İlahi müdaxiləyə ehtiyacımız var. Artıq bütün yutalılardan uzun müddət duş qəbul etməmək, sızıntı olan kranları düzəltmək və az su tələb edən əkinçiliklə suya qənaət etmələrini istəmişəm. Ancaq qorxuram ki, bu səylər bizi qorumaq üçün yetərli olmayacaq. Daha çox yağışa ehtiyacımız var. İlahi müdaxiləyə ehtiyacımız var. Buna görə bütün inanclı Yuta sakinlərindən 4-6 iyun həftəsonu yağış üçün dua etməkdə mənə qoşulmalarını istəyirəm”.

O, mesajında ​​ştatdakı quraqlığın əkinlərə və vəhşi təbiətə zərər verə biləcəyi və ölümcül yanğınlara şərait yaradacağı barədə xəbərdarlıq edib.

Qubernator bildirib ki, birlikdə dua edib Allahdan və ya inandığınız hər hansı ali gücdən daha çox yağış yağdıracağını istəsək, quraqlığın ölümcül ölçülərindən xilas ola bilərik.

Qeyd edək ki, Yuta ştatında ciddi yanğınlara səbəb olan şiddətli quraqlıq yaşanıb. Mayda ərazidə fövqəladə vəziyyət elan edilib.