Xaçmazda respublika fənn olimpiyadasının və fənn müsabiqəsinin qalibləri ilə görüş keçirilib - FOTO

15:20 08-06-2021 21

Xaçmaz Rayon İcra Hakimiyyətində respublika fənn olimpiyadasının və respublika fənn müsabiqəsinin qalibləri ilə görüş keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev naliyyət qazanan şagirdləri və onların müəllimlərini təbrik edərək, onlara növbəti dərs ilində də uğurlarının davamlı olmasını arzulayıb. 

Qeyd olunub ki, bu il respublika fənn olimpiyadasında ölkə üzrə əldə olunan 8 qızıl medaldan 2-si Xaçmaz rayonunun payına düşüb. Akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 saylı məktəb-liseyin 10-cu sinif şagirdi Fərhad Əzizağa oğlu Bəkirov coğrafiya, Arzu qəsəbəsi tam orta məktəbin 10-cu sinif şagirdi Amin Ramin oğlu Şirinov isə Azərbaycan tarixi fənni üzrə respublika fənn olimpiydasının qalibi olub.

Bundan başqa respublika fənn müsabiqəsinin final mərhələsində Çiləgir kənd tam orta məktəbinin 7-ci sinif şagirdi Fateh Əliheydər oğlu Yusifli biologiya fənni üzrə ikinci yerə, Akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 saylı məktəb-liseyin 7-ci sinif şagirdi İlqar Oqtay oğlu Dadaşov isə eyni fənn üzrə üçüncü yerə sahib olub. Bildirilib ki, Xaçmazlı tələbələrdən ibarət komanda bu il keçirilən “Dəmir yumruq” intelektual bilik yarışmasının zona mərhələsində qalib olublar. 

Sonda qalib olan şagird və müəllimlərə rayon icra hakimiyyəti tərəfindən qiymətli xatirə hədiyyələri təqdim olunub.