Tovuzquşular Kaliforniya şəhərlərinə hücuma keçiblər - FOTO/VİDEO

21:40 08-06-2021 594

Cənubi Kaliforniyada yaşayış yerlərində məskunlaşan tovuzquşular əhalinin kabusuna çevrilib. Belə ki, koronavirus pandemiyası ilə əlaqədar populyasiyası yaddan çıxan sözügedən quşlar Pasadena və Los-Ancelisin yaxınlığındakı şəhələrdə dəstə halında gəzərək insanları narahat edir.

Bu barədə “The Washington Post” xəbər verir.

Məlumata görə, sürülərlə hərəkət edən quşlar damlara enir və ya səkidə gəzirlər.

“Onlar sübh vaxtı məni oyadırlar. Bu quşların səsi sanki işgəncə görən körpənin səsini xatırladır, özü də elə bil ki, onları mikrofona qoşublar”, - deyə pasadenli sakinlərdən biri şikayətlənib.

Los-Anceles dairəsinin Nəzarət Şurası bununla bağlı fəaliyyətə keçməyə hazırlaşır. Artıq tovuz quşlarını qəsdən bəslənməsini qadağan edən qayda hazırlanır. Yəni, quşları bəsləyən şəxs 1000 dollar cərimələnə və ya altı aylıq həbs cəzası ala bilər.

Təbiət müdafiəçiləri möhtəşəm lələkləri olan bu quşları bir nemət adlandırırlar.

Digərləri isə onları lənət hesab edir. Quşların boğuq səsləri sakinləri gün doğmazdan əvvəl oyadır, onlar bağ məhsullarını məhv edir, evlərin kirəmitlərni qopardır, erkəkləri isə park edilmiş avtomobillərdə öz əkslərini görəndə onları rəqib sayaraq qəzəbli şəkildə maşınları dimdikləyirlər.