Ərdoğan: “Türkiyə-Uels qarşılaşmasını İlham Əliyev qardaşımla birlikdə izləyəcəyik” - VİDEO

14:00 09-06-2021 466

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan futbol üzrə Avropa Çempionatının qrup mərhələsi çərçivəsində Bakıda keçiriləcək Türkiyə-Uels qarşılaşmasını birlikdə izləyəcək.

“Haber Global”ın məlumatına görə, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib.

“Qarşıdan İtaliya-Türkiyə qarşılaşması gəlir. Bu oyuna böyük əhəmiyyət veririk. İnşallah, milli komandamızın İtaliyadan müvəffəqiyyətlə qayıdacağı halda, biz də Azərbaycanda ikinci qarşılaşmanı İlham Əliyev qardaşımla birlikdə izləyəcəyik. Proqramımızı buna uyğun tərtib etmişik”, - deyə R.T.Ərdoğan bildirib.