Daşkəsənə leysan yağış yağıb, dolu düşüb - VİDEO

22:20 09-06-2021 23

Axşam saatlarında Daşkəsən rayonunda güclü yağış yağır, bir neçə dəqiqə dolu düşüb.

“Report” xəbər verir ki, yağıntılı hava şəraiti səbəbindən avtomobil yollarında nəqliyyatın hərəkəti qismən dayanıb.

Leysan yağış daha sonra bir neçə dəqiqə dolu ilə əvəz olunub. Nəticədə meyvə ağaclarına, fərdi təsərrüfatlara qismən ziyan dəyib.

Hazırda rayon ərazisində leysan yağış yağır və güclü ildırım çaxır.

Qeyd edək ki, yağıntılı hava şəraiti ətraf rayonlarda - Göygöl, Gədəbəy, Şəmkir, Samuxda və Gəncə şəhərində də müşahidə olunur.