Hakim futbol meydançasına enən paraşütçüyə sarı vərəqə göstərdi – VİDEO

02:40 10-06-2021 460

Polşadakı futbol matçında kuryoz hadisə qeydə alınıb.

“Haber Global” xəbər verir ki, “Olimpia Elblag” və “Pisa Primavera Barczewo” klubları arasında keçirilən qarşılaşma zamanı paraşütçü idman meydançasına enib.

Təəccübdən nə edəcəyini bilməyən hakim paraşütçüyə sarı vərəqə göstərib. Onun bu hərəkəti həm furbolçular, həm də azsaylı tamaşaçıların gülüşünə səbəb olub.

Sonradan paraşütçünün oyun meydançasına təcili eniş etmək məcburiyyətində qaldığı məlum olub.