Cənubi Koreyada bina avtobus dayanacağının üzərinə uçub: 9 nəfər ölüb - FOTO

03:00 10-06-2021 25

Cənubi Koreyada söküntü işləri zamanı qəza baş verib.

“Yonhap” agentliyinin məlumatına əsasən, işlərin aparıldığı bina gözlənilmədən qarşıdakı avtobus dayanacağının üzərinə uçub.

Qəza nəticəsində həmin anda dayanacaqda olan avtobusun içərisində və yaxınlığında olan 9 nəfər halak olub.

Ondan çox şəxsin isə yaralanaraq xəstəxanaya çatdırıldığı bildirilib.

Ölənlərin sayında artımın olması istisna edilmir.

Hazırda hadisənin səbəbləri araşdırılır.