Emin Əmrullayev: “Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq deyil”

20:20 10-06-2021 439

“Müəllimlərin setifikasiyasını pilot layihə olaraq bu il keçirməyi planlaşdırırıq”.

HerGun.Az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev özünün “Facebook” hesabında canlı yayım zamanı bildirib.

Onun sözlərinə görə, burada məqsəd keyfiyyətli müəllimlərin düzgün qiymətləndirilməsi və təhsildə keyfiyyətin artırılmasına xidmət edir:

“Müəllimlərimizin daim peşəkarlıq səviyyəsini artırmağının tərəfdarıyıq. Azərbaycanda müəllimlər 20 yaşlarından işləməyə başlayır və adətən 40 il məktəbdə çalışır. Bu dövrdə ibtidai sinif müəllimi 10 sinfə dərs deyir və hər sinifdə 25 uşaq varsa, 250 insanın həyatını dəyişir. Kimya, fizika və digər fənlərdə yüzlərlə şagirdin həyatı dəyişir. Sertifikasiya zamanı səriştəli müəllimlərin seçilməsi və qiymətləndirilməsi əsas məqsəddir”.

Nazir qeyd edib ki, payıza doğru sertifikasiya keçirilə bilər:

“Prosesə cəlb olunacaq pedoqoji heyət üçün sınaqlar da keçiriləcək. Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq deyil, müəllimləri daim inkişafda saxlamaqdır”.

İlhamə Əbülfət