İtkin düşən ar-arvad təndirdən tapıldı - FOTO

02:20 11-06-2021 376

Türkiyənin Kayseri şəhərində 22 gün əvvəl itkin düşən ər-arvad təndirə basdırılmış halda tapılıb.

DHA xəbər verir ki, 55 yaşlı Mehmet Turhan və 52 yaşlı Firdevs Öztürk boşanandan sonra yenidən barışıblar.

Mayın 19-dan sonra onlardan xəbər alınmayıb. M.Turhanın qardaşı Yusif Turhanın evinin yanında düzəldilmiş yeni təndir ərazidə axtarış aparan hüquq-mühafizə orqan əməkdaşlarının diqqətini çəkib.

Təndirin üstünü örtən betonun altından itkin düşən Turhan və Öztürkün meyitləri tapılıb.

M.Turanın qardaşı Yusif Turan, onun arvadı Nejla və oğlu Bedirhan Turan nəzarətə götürülüb.