Metroda rəqs edən kişini həbs gözləyir - VİDEO

04:20 11-06-2021 827

Metro vaqonunda rəqs etməklə sosial şəbəkələrdə məşhurluq qazanan Dubay sakinini altı aylıq həbs və cərimə gözləyir.

Bu barədə “The National News” məlumat yayıb.

Qeyd olunur ki, həvəskar rəqqas COVID-19 pandemiyasının qarşısını almaq məqsədi ilə tətbiq edilən maska taxmaq tələbini və ictimai əxlaq normalarını pozub.