Alman klubu gənc futbolçuya görə “Mançester Yunayted”dən 95 milyon avro tələb edir

05:40 11-06-2021 506

İngiltərə milli komandasının və Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Ceydon Sanço “Mançester Yunayted”ə transfer olunmaq ərəfəsindədir.

Bu barədə tanınmış idman jurnalisti Fabritsio Romano öz “Twitter” səhifəsində məlumat yayıb.

Mənbə qeyd edir ki, yarımmüdafiəçinin “Qırmızı şeytanlar”la müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.

Futbolçunun qiymətinə gəlincə, F. Romano qeyd edib ki, hazırda “Mançester Yunayted” bu məsələ ilə bağlı Almaniya klubu ilə danışıqlar aparır.

“Borussiya” 21 yaşlı futbolçuya görə “Mançester Yunayted”ən 95 milyon avro (196 milyon manat) tələb edir.