Türkiyədə yeni qızıl yatağı tapıldı

06:00 11-06-2021 883

Türkiyənin Ağrı vilayətində 1,2 milyard dollardan çox dəyəri olan qızıl yatağı tapılıb.

Bu barədə ölkənin Sənaye və Texnologiya Naziri Mustafa Varank “Twitter” hesabında bildirib.

 “Mollaqara kəndi yaxınlığındakı “Koza Altın” mədənində 1,2 milyard dollar dəyərində 20 ton qızıl və 2,8 milyon dollar dəyərində 3,5 ton gümüş aşkar etdik”.

Varank, son 10 ildə ölkədə qızıl hasilatına investisiya səviyyəsinin 25 % artdığını qeyd edib. 2020-ci ildə ölkədə 18 mədəndən 42 ton qızıl çıxarılıb.

Nazirin sözlərinə görə, bu il Türkiyə 45 ton qızıl çıxarmaq niyyətindədir və növbəti beş il üçün hədəf istehsalı 100 ton səviyyəsinə çatmaqdır.