Azərbaycanda övladlığa verilən uşaqların sayı AÇIQLANDI

13:20 11-06-2021 856

Bu ilə ərzində Azərbaycanda övladlığa verilən uşaqların sayı məlum olub.

HerGun.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Faiq Ağayev bildirib.

O qeyd edib ki, bu il ölkədə 41 uşaq övladlığa verilib:

“Bununla iş bitmir. Övladlığa verilən uşağın sonrakı vəziyyəti barədə də davamlı monitorinqlər aparılır”.

Sədr müavini əlavə edib ki, hazırda Azərbaycanda övladlığa götürmə ilə bağlı süründürməçilik və brokratik əngəllər yoxdur. 

İlhamə Əbülfət