“İstiqlal bəyannaməsi” abidəsinin üzərində kobud səhv - FOTO/VİDEO

13:40 11-06-2021 369

Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılan abidənin üzərində yaranan səliqəsiz görüntü sakinlərdən birinin diqqətini çəkib. 

Bu barədə sosial şəbəkədə paylaşım edilib. Belə ki, paytaxtın İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) şərəfinə ucaldılan “İstiqlal bəyannaməsi” abidəsinin üzərində bəyənnaməni imzalayan şəxslərin adları qeyd olunub. 

Adları qeyd olunanlar arasında Fətəli Xan Xoyskinin adında dəyişlik edilib. Əvvəl yazılan “bəy” ifadəsi daha sonra “xan” ilə əvəz olunub. 

Lakin, dəyişiklik bir qədər səliqəsiz şəkildə edilib. Dəyişiklik daha səliqəli şəkildə aparıla bilərdi. 

HerGun.Az məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlasa da, hər hansı münasibət bildirən olmayıb.

Fotoqrafımız iddia edilən məqamın dəqiqliyini yoxlamaq üçün abidənin fotolarını çəkib. Həqiqətən də orada səliqəsiz şəkildə dəyişiklik edilib.

Foto və vedionu təqdim edirik:

Könül Cəfərli

FOTO: Tapdıq Abdullayev