Papaqçi sənətini yaşadan usta: “Başında papağı olmayanı məhkəmədə şahid saymazdılar” - VİDEO

14:40 11-06-2021 426

Hazırda Şəkidə yeganə papaqçı Aqil Kərimovdur.

Baku TV xəbər verir ki, Aqil usta ən qədim, müxtəlif növ papaqlar tikir. Papaq dəriləri isə Özbəkistandan gətirilir. Keyfiyyətli papaq tikən papaqçı əsasən qara quzu və gümüşü dərili quzuların dərilərindən hazırlanmış papaqların qiymətlərinin biraz baha olduğunu qeyd edir. Bunu isə dərilərin keyfiyyəti ilə əlaqələndirir. 

Onun sözlərinə görə, rəqs papaqları yerli qoyunlardan hazırlanır. Dərilər Orta Asiyadan gələn 2-3 günlük quzu dəriləridir. 

Aqil Kərimov hər il Novruz Bayramında Milli parkda və İçəri Şəhərdə öz papaqlarını nümayiş etdirir. 

“Qədim zamanlarada başında papaq olmayanı məhkəmədə şahid saymazlar” deyən papaqçı, papağın bir kişilik rəmzi olduğunu bildirir. 

Şəkidə əksər sənətkarlıq növləri nəsillikcə inkişaf edir. Əsl sənətkarların yaratdıqları əsərlər isə müxtəlifliyi, keyfiyyəti və orijinallığı ilə seçilir. Aqil ustanın tikdiyi papaqlar qış fəslində soyuqdan qorunmaq üçün çox gözəl vasitədir. Şəki sakinlərinin əksəriyyəti təmiz dəri papaqlardan istifadə edir. Yaşlı nəslin nümayəndələri gənc nəsli qədim adət-ənənələrimizi mükəmməl öyrənməyə dəvət edir.

Ətraflı videonu təqdim edirik: