Astarada avtomobil motosikletlə toqquşdu: Xəsarət alan var

15:00 11-06-2021 311

Astarada avtomobil motosikletlə toqquşub.

“Report”un xəbərinə görə, hadisə nəticəsində motosikletin sürücüsü, Astara rayonu Giləkəran kənd sakini, 1994-cü il təvəllüdlü Bağır Hüseynəli oğlu Bağırzadə xəsarət alıb.

O, təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.