Daha bir abad həyət sakinlərin istifadəsinə verildi - FOTO

16:00 11-06-2021 377

Xətai rayonu Məzahir Rüstəmov küçəsində yerləşən 7 və 15 saylı binaların həyətində sakinlərin asudə vaxtının və istirahətinin təşkili üçün abad həyət istifadəyə verilib.

Bu barədə Xətai Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bilidirilib ki, görülmüş işlər çərçivəsində həyət yöndəmsiz tikililərdən, qeyri- qanuni hasarlardan təmizlənmiş, bütün yaş qruplarında olan sakinlərin istirahəti üçün tam şərait yaradılıb. Belə ki, həyətdə günlüklər, uşaq və gənclər üçün əyləncə və idman qurğuları, mini stadion, oturacaqlar və işıqlandırma sistemləri quraşdırılıb. Ağaclara, dekorativ gül kollarına və yaşılıq zolaqlarına aqrotexniki xidmətin təmin edilməsi üçün su xətləri çəkilib. Binaların fasadları, giriş qapıları və pilləkən qəfəsləri, dam örtüyü və s. əsaslı şəkildə təmir edilib. Hazırda blokların istismar müddəti başa çatmış liftləri müasir alman liftləri ilə əvəz edilir. Bu Məzahir Rüstəmov küçəsində sakinlərin istifadəsinə verilmiş beşinci abad həyətdir.