Bakıda yarımtikilidə yanğın baş verib - VİDEO

16:40 11-06-2021 411

Bakıda yanğın hadisəsi baş verib.

Yanğın Yasamal rayonu, Bayraq parkı ətrafında yerləşən yarımtikili binada qeydə alınıb. 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə xidmətinin əməkdaşları cəlb edilib.

Yanğının baş vermə səbəbi hələ ki, məlum deyil.