Mərdəkanda döyüşə yararlı əl qumbarası tapıldı – FOTO

19:20 11-06-2021 16

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində hərbi sursat aşkar edilməsi barədə informasiya daxil olub.

Bu barədə HerGun.Az-a FHN-dən məlumat verilib. 

Bildirilib ki, məlumat əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb edilib.

Hadisə yerinə baxış keçirilərkən ərazidə bir ədəd döyüş tətbiqinə yararlı “F-1” əl qumbarası aşkar edilib.

Aşkar edilmiş sursat zərərsizləşdirilməsi üçün XRXX-nin pirotexnikləri tərəfindən ərazidən götürülüb.