Hacıqabulda iki yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

23:40 11-06-2021 354

Hacıqabul rayonunda azyaşlı ehtiyatsızlıqdan ağır yanıq xəsarətləri alıb.

“Report” xəbər verir ki, hadisə Hacıqabul şəhəri, Savalan küçəsi 10-da qeydə alınıb.

Həmin ünvanda yaşayan, 2019-cu il təvəllüdlü Əmirli Səid Seymur oğlu valideynlərinin nəzarətindən yayınaraq qaynar çaydanı üstünə aşırıb.

Nəticədə uşaq müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Azyaşlı Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.