Türkiyəli mütəxəssis Azərbaycanın ekologiyasından danışdı – VİDEO

20:20 15-07-2021 294

Xəbər verdiyimiz kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi brifinq keçirib. 

Brifinqdə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, uzun illərdir meşələrin qırılma prosesi gedir. 

“Son üç ilin statistikasına baxsaq görmək mümkündür ki, meşə qırılması son bir ildə 55 min kubmetrdən 10 min kubmetrə qədər azalıb”, – deyə, idarə rəisi qeyd edib.

Brifinqdə həmçinin türk meşə və kənd təsərrüfatı eksperti İsmət Erol çıxış edib. 

O, Azərbaycanın zəngin təbiətindən bəhs edərkən, bu qədər gözəl ölkənin belə az meşə ərazisi olduğuna təssüfləndiyini deyib.

Daha ətraflı Baku TV-nin süjetində: