Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfər edəcək - FOTO

14:00 16-07-2021 495

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistana səfər edəcək.

Bu barədə Aİ Şurasının sözçüsü Barend Leyts özünün “Twitter” hesabından xəbər verib.

Bildirilir ki, Mişelin rəhbərlik etdiyi nümayəndə heyətinin 16-18 iyul tarixlərində baş tutacaq səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüşəcək. Görüşlərdə Aİ ilə ikitərəfli münasibətlərin gücləndirilməsi ilə bağlı məsələlər müzakirə ediləcək.