“Zirə” niderlandlı hücumçu ilə anlaşdı

17:00 16-07-2021 404

“Zirə” klubu yeni futbolçu ilə anlaşıb. 

Bununla bağlı klubun rəsmi saytı məlumat yayıb. 

Bildirilib ki, paytaxt klubu niderlandlı Mohamed Hamdoui ilə iki illik müqavilə bağlayıb.

Qeyd edək ki, 28 yaşlı futbolçunun son klubu ölkəsinin “De Qrafshap” klubu olub. O, həmçinin, “Vittes”, “Dordrext” və “Tvente” klublarında da çıxış edib.