Arşavindən maraqlı təklif: Rusiya və Azərbaycan çempionatları birləşdirilsin

20:00 16-07-2021 20

Rusiya millisi və “Arsenal” klubunun keçmiş üzvü Andrey Arşavin maraqlı təkliflə çıxış edib.

“Championat” resursunun məlumatına görə, o, ölkəsinin Premyer Liqasının inkişafı yolları barədə danışarkən Rusiya, Qazaxıstan, Belarus və Azərbaycan futbol çempionatlarının birləşdirilməsi ideyasını irəli sürüb. Arşavinə görə, mövcud siyasi reallıqlar imkan versəydi, bu birliyə Ukraynanı da əlavə etmək yaxşı olardı.

Sabiq futbolçunun sözlərinə görə, Azərbaycandan “Neftçi” və “Qarabağ” birləşmiş çempionata qatıla biləcək qədər güclü kollektivlərdir.

Qeyd edək ki, Arşavin karyerası ərzində Rusiyanın “Zenit” və “Kuban”, İngiltərənin “Arsenal” və Qazaxıstanın “Kayrat” klublarında çıxış edib.