Korotçenko: “Erməni hərbçilərinin raket zərbələri insanlığa qarşı cinayətdir” - FOTO

22:40 16-07-2021 27

“İkinci Qarabağ müharibəsi zamanı Mingəçevirə taktiki raketlərlə zərbə endirən erməni ordusu yerli su anbarının bəndini dağıtmaq və Azərbaycanın geniş ərazilərini suyun altında qoymaq istəyirdi”.

Bunu Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko özünün “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, erməni hərbçilərinin bu raket zərbələri insanlığa qarşı cinayətdir. “Hədəfdən yayınmaqları isə bir möcüzədir. Bəndi vursaydılar, Avropadakı sel faciəsi kimi olardı, ancaq daha da ağır”, - ekspert əlavə edib.

İ.Korotçenko Azərbaycanın hava hücumundan müdafiə sisteminin də çox yaxşı işlədiyini, əksər erməni raketlərini dəf etdiyini vurğulayıb.