Bakı-Qazax yolunda avtomobil piyadanı vuraraq öldürdü
23:20 16-07-2021 352
Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report” xəbər verir ki, magistral yolun Goranboy rayon Dəliməmmədli şəhər ərazisindən keçən hissəsində minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən qadın piyadanı vurub.
Qəza nəticəsində xəsarət alan piyada dünyasını dəyişib.
Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.