Aktyordan keçmiş arvadının və indiki nişanlısının birlikdə görüntülərinə maraqlı reaksiya – FOTO/VİDEO

06:00 17-07-2021 591

Hollivud ulduzu Orlando Blumun keçmiş və indiki qadınlarının dost münasibətləri hər iki tərəfin parəstişkarlarının marağına səbəb olub. Belə ki, 36 yaşlı ifaçı Keti Perri, Blumun keçmiş arvadı 38 yaşlı Miranda Kerrin təşkil etdiyi  yoqa məşqlərini ziyarət edib və onun kosmetika brendini sosial şəbəkədə reklam edib.

Bu barədə “Haber Global” xəbər yayıb.

“Rəfiqəm Miranda Kerri və onun brendi ilə velnes-gün (sağlam həyatın qorunması və saxlanılması – red.) keçirdim”, - deyə aktrisa yazıb. O, həmiləliyindən bəri ilk dəfə yoqa ilə məşğul olduğunu da vurğulayıb.

Ketinin nişanlısı 44 yaşlı Orlando Blum paylaşımın altından şərh yazıb:

“İkiniz də çox sevimlisiniz. Ən maraqlısını ötürürəm”, - deyə o, şərh yazıb.

“Üzüklərin əfəndisi”nin Leqolasının bu münasibəti pərəstişkarlarının böyük marağına səbəb olub, onlar şərhi səkkiz minə yaxın bəyəniblər.