Cənubi Koreya koronavirusa kütləvi yoluxmaya görə Afrikadan hərbçilərini təxliyyə edir

07:40 17-07-2021 329

Cənubi Koreya hökuməti Afrikadakı hərbi kontingentini təxliyyə etmək qərarına gəlib.

Bu barədə TASS məlumat yayıb.

Söhbət Qırmızı dəniz və Somali yarımadası rayonunda piratçılıqla mübarizə missiyasına daxil olan kontingentdən gedir. Qərara səbəb donanmada xidmət edən hərbçilər arasında koronavirusa kütləvi yoluxma olub.