Ailələrinə geri qaytarılan uşaqların sayı AÇIQLANDI - FOTO

10:20 17-07-2021 607

2021-ci ilin altı ayı ərzində dövlət uşaq müəssisələrindəki uşaqların doğma ailə mühitinə qayıdışına nail olunması istiqamətində işlər davam etdirilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin sosial xidmət müəssisələrindən 31 uşaq ailələrinin istəkləri əsasında yenidən doğma ailələrinə qaytarılıb. Onlardan 11-i qız, 20-si oğlandır.

Nazirliyin e-sosial.az portalı vasitəsilə övladlığa götürmə ilə bağlı edilən müraciətlərə uyğun olaraq, yanvar-iyun aylarında 26-sı oğlan, 28-i qız olmaqla 54 uşaq övladlığa verilib.

Uşaqların övladlığa götürüldüyü ailələrdə monitorinq işləri də davam etdirilib. Övladlığa götürülən 206 uşaqla bağlı 204 əyani və iki distant formada monitorinq aparılıb.