Rusiyanın tayqa meşələri alova bürünüb - VİDEO

00:40 18-07-2021 24

Rusiyanın Saxa-Yakutiya Respublikasının ərazisində güclü meşə yanğınları davam edir.

“İzvestiya” nəşri xəbər verir ki, meşə yanğınları, təxminən 500 nəfərin yaşadığı Qornı rayonunun Ert kəndi üçün böyük təhlükəyə səbəb olub.

Artıq Saxa-Yakutiyanın bəzi ərazilərində yanğın əleyhinə xüsusi rejim elan olunub. Təbii fəlakətlə mübarizəyə aviasiya cəlb olunub.