Kanadada isti havalar nəticəsində ölənlərin sayı 800-ü keçib

09:00 18-07-2021 410

Kanadanın Britaniya Kolumbiyası əyalətində anomal istilər nəticəsində 800-dən çox insan həyatını itirib.

CTV telekanalı bu barədə əyalətin məhkəmə tibb xidmətinə istinadən xəbər verib.

Məlumata görə, 25 iyun - 1 iyul tarixləri arasında havanın temperaturu 40 dərəcəni keçib və bunun nəticəsində əyalətdə 808 nəfər anomal havanın qurbanı olub.

Ən çox ölüm sayı(300 nəfər) 29 iyun tarixinə təsadüf edib. Ölüm halı əsasən təqaüdçülər arasında qeydə alınıb.