Vilayət Eyvazovdan yeni TƏYİNAT

17:40 18-07-2021 388

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

HerGun.Az-ın məlumatına görə, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Füzuli Rayon Polis Şöbəsinin rəisi, polkovnik Xəqani Məmmədov vəzifəsindən azad edilərək, Siyəzən rayon polis şöbəsinə rəis təyin edilib. 

Nazirin digər əmri ilə Füzuli rayonu Polis şöbəsinə rəis vəzifəsinə isə Zaur Abbasov təyin edilib.

Qeyd edək, Z.Abbasov bu təyinata qədər Füzuli Rayon Polis Şöbəsində rəis müavini olub.