“Sədərək”də ayağı kəsilən pişiklə bağlı kəbabçı-qəssab ifadə verdi - YENİLƏNİB + VİDEO

22:00 18-07-2021 22

“Sədərək” Ticarət Mərkəzində ayağı kəsilən pişiklə bağlı orada kafedə çalışan kababçı danışıb.

HerGun.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarına məsələ ilə bağlı açıqlama verən şəxs, sosial şəbəkədə yayılan iddialara aydınlıq gətirib.

Onun bildirdiyinə görə, pişiyin ayağının kəsilməsi təsadüfən baş verib və müalicə xərclərini öz üzərinə götürür.

15:45

Sosial şəbəkələrdə “Sədərək” Ticarət Mərkəzində kafelərin birində qəssabın dükandan ət oğurladığına görə pişiyin bir ayağını kəsdiyinə dair yayılan iddialar əsassızdır.

Bu barədə HerGun.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, aparılan ilkin araşdırmalar zamanı kababçının pişiyin ayağını kəsməsi ilə bağlı iddialar öz təsdiqini tapmayıb:

“Araşdırma zamanı həmin pişiyin bir müddət öncə həmin kafeyə bir gözü kor vəziyyətdə gətirildiyi və o gündən həmin pişiyə orada xüsusi qulluq olunduğu məlum olub. Kafedə kabab bişirilən vaxt pişik manqala tullanıb, nəticədə manqalın üzərində olan maşa onun ayağına düşərək kəsib. Obyektdə heyvana qarşı hər hansı qəsd, işgəncə faktı olmayıb.”

E.Hacıyev onu da əlavə edib ki, iş üzrə inzibati qanunvericiliyin normalarına müvafiq olaraq zəruri tədbirlərin görülməsi təmin olunacaq:

“Hadisənin baş verdiyi kafenin sahibi pişiyin bütün müalicə xərclərini üzərinə götürüb”.

10:20

Sosial şəbəkələrdə insanı dəhşətə gətirən bir video yayılıb.

Videoda qəssab tərəfindən ayağı kəsilən pişiyin əziyyət çəkməsi əks olunub. Bildirilir ki, buna səbəb pişiyin ət “oğurlaması” olub.

Hələlik görüntülərin harada çəkildiyini dəqiq bilinmir. HerGun.Az bunu müəyyən etmək istiqamətində araşdırma aparır.

Videonu təqdim edirik: