Altı idmançı səhvən Olimpiadaya gəlib

02:00 19-07-2021 384

Polşa yığmasının üzvü olan altı üzgüçü səhvən Olimpiya Oyunlarının keçiriləcəyi Tokioya gəlib.

Bu barədə “SwimSwam” məlumat yayıb.

Polşa Üzgüçülük İttifaqının (PZP) yol verdiyi yalnışlıq səbəbindən Yaponiyaya gələn idmançıların artıq geri qaytarıldığı bildirilib.

Qeyd edək ki, Polşanı Olimpiadada təmsil edəcək idmançıların siyahısı son anda yenilənib və həmin altı üzgüçünün adı çıxarılıb. Lakin bu barədə nə idmançıların özlərinə, nə də müvafiq orqanlara məlumat verilməyib.