“Uzunmüddətli COVID” xəstəliyi meydana gəldi

06:40 19-07-2021 18

Rusiyalı biotexnoloq Dmitri Kuliş “Rusiya Radiosu”na müsahibəsində “uzunmüddətli COVID” xəstəliyi barədə məlumat verib.

“RİA Novosti” xəbər verir ki, mütəxəssisin sözlərinə görə, xəstəlik koronavirusdan sağaldıqdan sonra orqanizmdə IgM anticimlərinin artması ilə təsbit olunur.

Belə ki, bu anticimlər yalnız xəstəlik zamanı artır, sağaldıqda isə azalır.

“Əgər sağaldıqdan sonra da IgM anticimləri çoxalmaqda davam edirsə, belə hal “uzunmüddətli COVID” xəstəliyindən xəbər verir. Bu, o deməkdir ki, virus hansısa orqanda qalıb və yayılmaqda davam edir. Belə halda dərhal həkimə müraciət olunmalıdır”, - deyə biotexnoloq bildirib.