Lerikdə sel səkkiz kəndi qazsız qoydu - VİDEO
12:00 19-07-2021 417
Lerik rayonuna yağan leysan yağışlarından sonra bəzi kəndlər qazsız qalıb.
Məsələ barədə “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxladıq.
Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov HerGun.Az-a açıqlamasında bildirib ki, yağan leysandan sonra Lerikdə qaz xətlərində qırılma olub:
“Lerik rayonu Osmanlı, Kəlvəz, Kələxan, Göydərə, Məhləbad, Hiyveri, Hüseynabad və Amburdərə kəndlərinə güclü selin gəlməsi nəticəsində qaz xətlərinin qırılması ilə əlaqədar ötən gün saat 18:40-da qaz təchizatı müvəqqəti dayandırılıb. Bununla əlaqədar 352 istehlakçının qaz təminatında fasilə yaranıb”.
“Ərazidə bu gün təmir işləri aparılacaq”, - deyə o qeyd edib.
İlhamə Əbülfət